Dişlər insan sağlamlığının ilk dərmanıdır - (Portret cizgiləri)

Nəzakət İsmayılzadə: “Sağlam dişlər, həm sağlamlığın birinci dərmanı və həm də gözəllik deməkdir”

Ulularımızdan gəlmə belə bir kəlam var: “Dişin ağrıyırsa çək qurtar”... Mənə elə gəlir ki, bu kəlam o vaxt deyilib ki, o vaxtlar dişlərlə bağlı təbib olmayıb. Ona görə də dişləri müalicə etmək mümkün olmadığından belə deyiblər. Amma bu gün çox savadlı, bacarıqlı diş həkimlərimiz olduğuna görə, dişləri sağaltmaq heç də böyük problem deyil. Amma bu şərtlə ki, hər bir insan özünün həkimi olsun və dişlərinə mütəmadi qulluq etsin. Və başa düşsün ki, insan sağlamlığının ilk dərmanı həqiqətən də dişlərdir. Ona görə də mütəmadi olaraq, öz işinin peşəkarı olan diş həkimlərinə müraciət etsinlər.

Bax, belə məsuliyyətli və peşəkar diş həkimlərdən biri də Nəzakət həkimdir. İnanıram ki, onunla apardığım bu müsahibə oxucular üçün də maraqlı olacaq. Ona görə ilk öncə onun haqqında qısa məlumat vermək istəyirəm.

Qısa arayış: Nəzakət Abduləli qızı İsmayılzadə, 1973-cü ilin noyabr ayının 8-də Laçın rayonunda anadan olub. 1991-1993-cü illərdə Maliyyə -İqtisad kollecində təhsil alıb. Arzusu həkim olmaq olduğuna görə, israrla bu arzusunun ardınca gedərək, 1993-1998-ci illərdə Azərbsycan Dövlət Tibb Universitetinin tələbəsi olub. 1998-1999-cu illərdə internaturanı Sumqayıt şəhər 2 nömrəli Stomatoloji Poliklinikasında keçib. 1999-2002-ci illərdə Sumqayıt şəhər 2 nömrəli Stomatoloji Poliklinikada həkim -stomatoloq işləyib. Sonra isə Kimyaçılar Poliklinikasında həkim- stomatoloq və paralel olaraq AQS Stomatoloji Klinikada həkim -stomatoloq kimi çalışıb. Sumqayıt şəhır 4 nömrəli Poliklinikada həkim -stomatoloq kimi öz işini uğurla davam etdirib. Nəzakət həkim hal-hazırda Sumqayıt şəhər Stomatoloji Poliklinkada həkim stomatoloq və paralel olaraq, ,,PREZİDEN,, Klinikasının həkim –stomatoloqudur. Öz işinin yaxşı mütəxəsisi olduğuna görə yanına xəstələr da çox gəlir. Bütün yaş qruplarında pasiyentlər ona müraciət edir. O cümlədən uşaqlar da. Çünki bütün pasiyentlər, Nəzakət həkimi ümid çırağı bilirlər. Və onu da bilirlər ki, uşaqları da özləri kimi tam müalicə olunacaqlar.

-Nəzakət həkim. İlk öncə bizim çoxminli oxucularımıza məlumat verin. Dişlər nəyə görə vaxtından tez xarab olur. Yəni sizin dillə desək, niyə xəstələnir?

-Deyim ki, dişlərin zədələnməsinin poletioloji səbəbləri var. Yeni çox səbəblidir.

Karies irsi xəstəlik deyil, amma uşaqlar valideynlərinə bənzədiyi kimi onların dişləri də öz valideynlərinin dişlırinə, babalarının, nənələrinin dişlərinə də bənzəyə bilər. Bu baxımdan gərək insanın şansı olsun ki, ona nəslindən yalnız keyfiyyətli xüsusiyyətlər keçsin.

Uşaq hələ ana bətnində ikən onun dişlərinin mayası qoyulur. Məhz buna görə də normal hamiləlik keçirməyən, müəyyən xəstəliklər keçirən, müalicələr alan, psixoloji sarsıntı keçirən ananın dünyaya gətirdiyi uşağın dişləri də kifayət qədər problemli ola bilər. Onu da vurğulayım ki, uşaq ana bətnində ikən ananın sağlamlıq vəziyyəti onun süd dişlərinə təsir edir. Bax, görürsünüzmü dişləri qorumaq deməli, uşağın ana bətnində olduğu vaxtdan başlayır. Bunu analar, atalar yaxşı bilməlidirlər ki, sonralar uşaqlarının dişlərində problem olmasın.

-Bu, çox maraql fikirdır. Yəqin ki, valideynlər bunu nəzərə alacaqlar. Yaxşı. Biz problemli dişlərlə dünyaya gələndən sonra dişlərimizin çürüməməsi, xarab olmaması üçün nə etməliyik və dişlərimizi necə qorumalıyıq?

-Deməli, bir çox qüsurlar artıq körpənin dişlərinə ana bətnidən “ hədiyyə” edilir.

Bundan əlavə uşaq yaşlarında keçirilən xəstəliklər və qəbul edilən dərmanlar da daima dişlərə kifayət qədər ciddi ziyan vurur. Hələ bu azmış kimi suyun terkibundə normal miqdarda flor elementinin olmaması, ,,D,, vitaminin orqanizmdə çatmamazlığı, kalsium azlığı, yod çatışmamazlığı da insanların dişlərini vaxtından tez itirilməsinə şərait yaradır.

Təbii ki, ana südü ilə qidalanmmamaq, normal gigenik qaydalara əməl etməmək, yumşaq qidalar qəbul etmək və sair səbəblərin də dişlırin karieslə zədələnməsində az payı yoxdur. Yəni bunlar da dişlərə pis təsir göstərir. Onu da vurğulayım ki, qidalar sırasında ən aqressiv karbohidratlarla zəngin yeməklər demək olar ki, dişlərin burinci düşmənidir. Hər bir insan bilməlidir ki, meyvələri dişləyib yemək daha məsləhətlidur. Amma bəzən valideynlər bir çox meyvə, tərəvəzi sürtgəcdən keçirərək övladlarına verirlər. Deməli, özləri də bilmədən uşaqlarının dişlərinin sağlamlığına ciddi zərbə vururlar.

Dişləri qorumaq üçün ən vacib olan iş isə budur ki, mütləq hər kəs gün ərzində iki dəfə-axşam yaymazdan əvvəl və səhər yeməkdən sonra 3 deqiqə müddətində noxud dənəsi həcmində diş pastasından istifadə etməklə və düzgün fırçalamağa diqqət yetirməklə dişlərini yumalıdır.

Eyni zamanda insanlar diş saplarından ən azı gündə bir dəfə istifadə etməlidirlər.

Ona görə də bu gün üçün pasiyentlər stomatoloqun qəbuluna dişləri ağrıyanda yox, mütəmadi olaraq 3-4 aydan bir könüllü olaraq, müayinədən keçməlidirlər. Əgər belə olsa, həmin insan çox yetkin yaşına qədər dişlərini qoruya bilər. Axı sağlam dişlər, həm sağlamlığın birinci dərmanı və həm də gözəllik deməkdir.
-Bu gün insanlar var ki, dişləri sağlamdır, amma seyrək olduğuna görə dişlərini çıxartdırıb, yeni dişlər əkdirirlər. Bu, nə qədər doğru fikirdir?

-Təbii ki, insanlar bu gün gözəlliyə, gözəl görkəmə çox dəyər verirlər və birinci olaraq da, görkəmini düşünürlər. Biz də təbii ki, həm pasiyentin sağlamlığı ilə yanaşı gözəl görünməsinə də diqqət edirik. Bu, bir həkim kimi bizim işimizdir. Amma sağlamlıq və funksiya hər bir insan üçün birinci olmalıdır, sonra gözəllik gəlməlidir. Ona görə də bir həkim kimi bizim yaratdığımız gözəllik pasiyentə ziyan vurmamalıdır. Əslində onun gözəlliyinə kömək etməlidir.

Səmimi deyim ki, heç bir süni yaradılmış diş, təbii dişin əvəzini verə bilməz. Düzdür bu gün tibb elmi çox inkişaf edib və bu, çox təqdirəlayiqdir. Amma imkan daxilində pasiyentin öz dişlərini saxlaması daha məqsədyönlüdür.

-Bir vaxtlar qızıl dişlər qoydurmaq modda idi. Amma sonra başa düşdülər ki, qızıldan və başqa metaldan olan dişlər insan orqanizminə böyük ziyan vurur. Bu, düzdürmü?

-Bəzən dişlərin rənglərinə görə də yəni sünii qapaqlar, vinirlər qoydurmaq üçün də pasiyentlər bizə müracuət edirlər. Mən o insanlara demək istəyirəm ki, gözəlik rəngdə deyil, sağlamlıqdadır. Onu da vurğulayım ki, qızıl qapaqların yeganə nöqsanı onun rəngli olmasıdır. Əslində qızıl qapaqlar üçün dişlər daha az yonulur. Bu günün tələblərinə uyğun olmadığı üçün demək olar ki, son vaxtlar metal qapaqlar çox tesadüfü hallarda istifadə edilir. Amma hələ də var. Sadəcə ağız boşluğunda iki müxtəlif metal qapaqların olması məsləhət görülmür.

-Siz, bir həkim kimi insanlara dişlərini dəyişəndə nədən istifadə etməsini daha çox məsləhət bilirsiniz?

-Ağız boşluğunda işlənən metallar, dərmanlar, plomblar, deyim ki, təcrübədən keçirilmişdir və insan orqanizminə demək olar ki, zərərsizdir.

Həm estetik, həm insan orqanizminə bioloji uyğun qapaqlar bu gün metalsız -zrikon qapaqlar nəzərdə tutulur. Deyim ki, həm yüngül, həm də kifayət qədər təbii görünən bu qapaqlardan pasiyentlər çox razı qalırlar. Həm də estetik cəhətdən də yaxşı görünür.

-Ümumiyyətlə, dişləri qorumaq üçün insanlar nə etməlidirlər?

-İnsan orqanizmi, ağız boşluğunda olan problemlərdən zərərsiz ötüşmür . Belə ki, ürək başda olmaqla bütün orqanizm xəstə dişlərdə olan mikroflora ilə zədələnə bilər. Eyni zamanda da digər orqanların xəstəlikləri ağız boşluğunda öz tezahürünü göstərə bilir. Bunlardan hökmən qorunmaq lazımdır.

-Dişlərin xəstəliyi insan orqanizminə hansı fəsadlar gətirir?

-Yekun olaraq deyim ki, çalışın heç bir orqanızminiz xəstələnməsin.

Bir xəstəliyin proflaktikası, həmin xəstəliyin müalicəsindən daha ucuz başa gəlir.

Bir nöqte kimi görünən karies diş tacını ters konus kimi zədələyir. Belə ki, pasiyent xəstəliyin hansı mərhələdə olduğunu düzgün qiymətləndirə bilmir. Ona görə də vaxtında həkim -stomatoloqun qəbulunda olmaq birinci şərtdir.

Birinci süd dişi çıxandan dişlərin təmizlənməsi ümdə vəzifədir. Görürsən ki, insanların çoxu səhər dişlərini təmizləyib sonra yemək yediyini deyirlər. Bu, kökündən yanlışdlr. Əslində dişləri yemək yeyəndən sonra yumaq lazımdır ki, yediyi yeməyin qalıqları dişlərdə qalmasın və pis qoxu, çürüntü verməsin. Ümumiyyətlə, Ulu Tanrı tərəfindən insan bədəni, orqanizmi elə qurulub ki, orada artıq heç nə yoxdur. Ona görə də orqanizmimizin hər bir üzvünün qədrini bilməliyik ki, xəstə bir orqan, o biri orqanları xəstələndirməsin. Dünya şöhrətli İbn Sinanın belə bir kəlamları var: “Cahil bir həkim ölüm düşərgəsinin köməkçisidir”.

“Şəfasız xəstəlik yoxdur: iradə əksikliyindən başqa. Dəyərsiz bitki yoxdur: tanınmayandan başqa”.

Ona görə də gəlin özümüzü cahil həkimlərdən qoruyub, iradəmizi möhkəm edək və hər gün qəbul etdiyimiz qidalara diqqət yetirək. Məhəmməd Peyğəmbər də deyib ki, “İnsan yediyi yeməyi dərman bilib və elə də qəbul etməlidir”. Özü də bu gün qidaların çox keyfiyyətsiz olduğu bir vaxtda buna daha ciddi əməl etməliyik. Onda dişlərimiz də, ürəyimiz də və bütün orqanlarımız da salamat olar. İnsan üçün dünyada ən böyük var-dövlət can sağlığıdır. O insan həyatda varlı insandır ki, canı sağlamdır. Çünki itirilmiş var-dövləti qazanmaq olar. Amma itirilmiş sağlamlığı qaytarmaq olmaz. O insan xoşbəxt insandır ki, bunları bilir və ciddi əməl eləyir. Belə insanlar da uzun ömür sürürlər. Bir də axı biz, uzun ömürlülər ölkəsiyik. Niyə də uzun ömür sürməyək?..
P. S. Nəzakət həkimin bu sözlərindən sonra daha sual verməyə ehtiyac qalmadı. Axı insan sağlamlığı üçün bundan da dəqiq və savadlı nə demək olar? Sadəcə bizə bir müqəddəs iş qalır. Bütün bunlara əməl etmək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə