Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Saatlı şəhər sakini N.Əliyevin evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan ov tüfəngi və 28 ədəd patron da götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 200 qramdan artıq marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron da götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə