Qaxda qadın 6 000 manatlıq qızıl oğurladı

Qax rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini K.Nəzərəliyeva saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...