Elmi konfrans: Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Respublika Günü münasibətilə videokonfrans formatında “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri” adlı beynəlxalq onlayn elmi konfrans keçirilib. Tədbir ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının dəstəyi ilə təşkil olunub.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov konfrans iştirakçılarını Respublika Günü münasibətilə təbrik edib. Rektor bu günün tariximizdə böyük rolu olduğunu vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb.

Konfransın fəxri qonaqları – Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil üzrə müşaviri Nihat Büyükbaş, Kazak-Türk Universitetinin rektoru, professor Cengiz Tomar, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor Hayati Develi 28 May tarixi ilə bağlı fikirlərini bölüşüblər.

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.

Konfransda ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri Sevinc Əliyevanın "Azerbaydjanskaya Demokraticeskaya Respublika i qosudarstva Severnoqo Kafkaza" və "Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqaz dövlətləri müstəqillik illərində (1918-1920)" adlı rus və Azərbaycan dillərində nəşr edilmiş kitabların təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...