Naxçıvan şəhərində məktəbli yarmarkası

Sentyabr ayının 1-dən başlayaraq Naxçıvan şəhərində məktəbli yarmarkası keçirilir. Naxçıvan şəhərindəki Mərkəzi bazarda keçirilən yarmarkadan valideynlər öz övladlarına istədikləri ləvazimatları ala bilərlər.

Sentyabrın 15-dək davam edəcək yarmarka hər gün saat 9-dan 14-dək əhaliyə xidmət göstərir.­

Qeyd edək ki, son illər məktəblilərin keyfiyyətli geyim və idman formaları, ayaqqabı, məktəbli ləvazimatları ilə təmin edilməsi məqsədilə Naxçıvan şəhərində təşkil edilən məktəbli yarmarkaları valideynlər tərəfindən yüksək dəyərləndirilir. Belə yarmarkalarda valideynlər övladlarına lazım olan ləvazimatları almaq üçün heç bir problemlə üzləşmirlər. Üstəlik, həmin ləvazimatların qiymətləri digər ticarət obyektlərində satılan ləvazimatların qiymətlərindən ucuz olur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...