Türkiyəli həkim urologiya-transplantasiya üzrə master-klaslar keçir

Həkimlərin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən layihələr çərçivəsində Türkiyənin Yüksək Eyitim Araşdırmalar Xəstəxanasının böyrək transplantasiyası üzrə professoru Yıldız Şener Azərbaycanda səfərdədir. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, tanınmış professor Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının tibbi personalına urologiya-transplantasiya üzrə master-klaslar keçir, leksiya və seminarlarda çıxışlar edir. Həmçinin, bu layihə çərçivəsində klinikada bir necə gün ərzində həyata keçirilən 6 böyrək transplantasiyası əməliyyatlarında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə