AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla MÜSAHİBƏ

Kənd Təsərrüfat Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun 70 yaşı tamam olur.

SİA yubileyi ərəfəsində tanınmış alimimizlə elm və təhsilin inkişafı, kənd təsərrüfatı və aqrar sahənin aktual elmi problemləri, eləcə də cənab Prezidentin AMEA-nın 80 illik yubiley tədbirində və yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər, strateji çağırışlar və qarşıya qoyduğu vəzifələr ətrafında müsahibəni təqdim edir:

– Hörmətli İbrahim müəllim, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində son illərdə hansı innovativ layihələr həyata keçirilir və bu tədbirlərin ölkənin aqrar sektorunun inkişafına əsas töhfələri nədən ibarətdir?

– Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli qərarı ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun bazasında, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində yaradılıb və həmin vaxtdan etibarən öz fəaliyyətini uğurla davam etdirir. Bitki mühafizəsi sahəsində mövcud problemlərin həllində fermerlərə və ümumilikdə aqrar sektora elmi dəstəyin göstərilməsi, texniki bitkilər üzrə yeni sortların yaradılması, eyni zamanda müasir becərmə və istehsal texnologiyalarının işlənib hazırlanması istiqamətində tədqiqatların aparılması institutun əsas fəaliyyət istiqamətlərindəndir. Bu qurumda respublika ərazisində açıq və örtülü şəraitdə becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq, dekorativ və dərman bitkilərinin zərərverici və xəstəliklərinin, həmçinin alaq otlarının növ tərkibi və yayılma arealı, onların pestisidlərə qarşı davamlılığının molekulyar-genetik əsasları araşdırılır, əsas zərərli orqanizmlərə qarşı ekoloji baxımdan təhlükəsiz inteqrir mübarizə tədbirlərinin hazırlanması diqqət mərkəzində saxlanılır.

Bildiyiniz kimi, bitki mühafizəsi bütün dünyada milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Hazırda dünyada bir milyarda yaxın insan aylıq gəlirini arıçılıq fəaliyyəti ilə məşğul olmaqla əldə edir. Qlobal iqlim dəyişiklikləri, müxtəlif təbii kataklizmlər, meşə yanğınları, bəzi regionlarda su çatışmazlığı, sel və daşqınların baş verməsi aqrar sahədə ciddi problemlər yaradır. Qeyd olunan amillər isə öz növbəsində ölkələrdə ərzaq təhlükəsizliyinin təmin olunmasını daha da mürəkkəbləşdirir, bu istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsini zəruri edir.

Qeyd etmək istərdim ki, dünya alimlərinin bir qrupu, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization, FAO) ekspertləri innovasiyalar mövcud səviyyədə qaldığı təqdirdə, 2050-ci ildə indiki istehsal həcminin planet əhalisinin ərzaq tələbatını ödəyə bilməyəcəyi ilə bağlı həyəcan təbili çalırlar. Bu baxımdan qarşımızda olduqca böyük və məsuliyyətli vəzifələr, həlli vacib olan problemlər dayanır. FAO-nun məlumatlarına görə, hətta dünyanın inkişaf etmiş ölkələrində belə istehsal olunan məhsulun 30-32 faizi xəstəliklərin, zərərvericilərin və alaq otlarının təsiri nəticəsində itkiyə məruz qalır, əlavə olaraq 10-12 faiz məhsul saxlanma mərhələsində məhv olur. Başqa sözlə desək, dünya üzrə istehsal edilən hər 100 kiloqram məhsulun təxminən 40 kiloqramı, bəzən isə daha artıq hissəsi bu amillərin təsiri ilə itkiyə gedir.

İnstitutun fəaliyyətinin digər mühüm istiqaməti texniki bitkilər, xüsusilə də pambıqçılıq sahəsi ilə bağlıdır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda texniki bitkilər (pambıq) üzrə yüksək məhsuldarlığa və lif çıxımına malik yeni sortların yaradılması, onların rayonlaşdırılması, eləcə də məhsuldarlığın artırılmasına xidmət edən səmərəli becərmə texnologiyalarının işlənib hazırlanması istiqamətində ardıcıl elmi-tədqiqat işləri aparılır, mühüm nailiyyətlər əldə olunur.

Məlum olduğu kimi, pambıq ölkəmiz üçün strateji əhəmiyyətə malik məhsuldur və bu il respublikada rekord həcmdə pambıq istehsal olunmuşdur. Ölkə üzrə pambığın orta məhsuldarlığı 35 sentner/hektardan artıqdır. Ölkəmizdə pambıqçılığın inkişafında və bu sahədə məhsuldarlığın yüksəldilməsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rolu danılmazdır. Qeyd etmək kifayətdir ki, 2025-ci ildə institutun seleksiya etdiyi 6 pambıq sortu rayonlaşdırılmaq üçün Aqrar Xidmətlər Agentliyinə təqdim edilmişdir. Cari ildə isə “Cavad” sortu müvafiq qaydada Agentliyə təhvil verilmişdir.

Əlbəttə ki, bu sahədə müəyyən problemlər, çatışmazlıqlar damövcuddur. Bu problemlərin əsas səbəblərindən biri pambıq toxumunun hazırda əsas etibarilə xarici ölkələrdən idxal olunması ilə bağlıdır. Pambıqçılıqla məşğul olan qurumların, o cümlədən “Azərpambıq ASK” MMC-nin fəaliyyətində əsas diqqət lif çıxımına yönəldilir. Xarici sortlarla müqayisədə, yerli pambıq sortlarında lif keyfiyyəti nisbətən aşağıdır. Belə ki, Türkiyə sortlarında lif çıxımı orta hesabla 40-44 faiz təşkil etdiyi halda, yerli sortlarda bu göstərici 38-39 faiz səviyyəsindədir. Bununla belə, bu istiqamətdə elmi tədqiqatlar davam etdirilir, lazımi tədbirlər görülür.

Yerli pambıq sortlarının əsas üstün cəhətlərindən biri onların qısa vegetasiya dövrünə malik olmasıdır ki, bu da oktyabr ayının sonunadək pambıq yığımının demək olar ki, tam başa çatdırılmasına imkan verir.

Oktyabr ayının sonunadək pambıq yığımının başa çatdırılması onu deməyə əsas verir ki, rayonların əksəriyyətində fermerlərüçün pambıqdan sonra dənli-taxıl bitkilərinin becərilməsi və payız əkinlərinin vaxtında aparılması üçün münbit şərait yaradılır. Payız əkinlərinin gecikməsinin qarşısını almaq baxımından yerli pambıq sortlarından istifadə daha məqsədəuyğun hesab edilir.

Düşünürəm ki, bu nöqteyi-nəzərdən institutun bitki mühafizəsi istiqamətində fəaliyyəti daha geniş spektrdə qurulmalı və aqrar sektora verdiyi töhfələr daha da gücləndirilməlidir. Maarifləndirmə işlərini sistemli şəkildə təşkil etmək, eyni zamanda müxtəlif layihələr vasitəsilə karantin əhəmiyyətli zərərvericilər – Amerika ağ kəpənəyi (Hyphantria cunea Drury), qəhvəyi mərmər bağacığı kimi təhlükəli növlərlə mübarizə apararaq aqrar sahəyə və fermerlərə real dəstək göstərmək, onlarla birgə fəaliyyət göstərmək əsas hədəflərimiz sırasındadır.

Bu məqsədlə aqrar sahədə mövcud yenilikləri və imkanları əyani şəkildə nümayiş etdirən “Tarla günləri” təşkil olunur. “Tarla günləri” çərçivəsində bitkilərin əkin və becərmə texnologiyaları, əldə olunmuş nailiyyətlər, elmi-tədqiqat işlərinin nəticələri, eləcə də müasir texnika və avadanlıqlar, gübrələr, pestisidlər və digər potensial əməkdaşlıq imkanları təqdim olunur, aparılan işlərin nəticələri yerində qiymətləndirilir.

Onu da qeyd edim ki, 2025-ci ildə Dövlət Aqrar İnkişaf Mərkəzinin dəstəyi ilə 8 rayonda fermerlərlə görüşlər keçirilib, həmin bölgələr üzrə becərilən bitkilərin xəstəliklərə, zərərvericilərə və alaq otlarına məruz qalması ilə bağlı müasir və praktik məlumatlar təqdim edilib.

Bununla yanaşı, 2024-2025-ci illərdə institut tərəfindən bir sıra mühüm elmi-praktik vəsaitlər nəşr olunub. “Bitki xəstəlikləri və onların idarə edilməsi”, “Meyvə bitkilərinin zərərvericiləri”, “Tərəvəz bitkilərinin zərərvericiləri”, “Dənli-taxıl və texniki bitkilərin zərərvericiləri”, “Əkinçiliyin və bitkiçiliyin əsasları” və “Bitkiçilik və əkinçilik kənd təsərrüfatı terminləri lüğəti” adlı bu nəşrlərdə ölkənin aqrar sektorunda becərilən kənd təsərrüfatı bitkilərinin müxtəlif xəstəlikləri, onların yayılma xüsusiyyətləri və vurduğu zərər, xəstəlik törədicilərinin bioloji inkişaf mərhələləri, xəstəliklərin formalaşmasına təsir göstərən ekoloji amillər, həmçinin qlobal iqlim dəyişiklikləri şəraitində bitki sortlarının şoranlığa, quraqlığa və digər stress amillərinə davamlılığı geniş şəkildə şərh olunub.

Bu vəsaitlər aqronomlar, müvafiq sahə üzrə mütəxəssislər və fermerlərlə yanaşı, aqronomluq, aqromühəndislik, aqrar iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr, müəllimlər, eləcə də ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan torpaq mülkiyyətçiləri üçün faydalı mənbə ola bilər.

– Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik etdiyiniz dövrlərdə bu ali məktəbin əsas prioritetləri nədən ibarət idi və həmin müddət ərzində universitetin elmi-tədris potensialının gücləndirilməsi istiqamətində hansı mühüm islahatlar həyata keçirilmişdir?

– Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU)rəhbərlik etdiyim 2013-2022-ci illərdə ali təhsil müəssisəsinin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsiistiqamətində mühüm və ardıcıl işlər görülmüşdür.Universitetdə aqrar sahənin modernləşdirilməsi sahəsində aparılan dövlət siyasətinə uyğun olaraq genişmiqyaslı quruculuq və yenidənqurma işləri icra olunmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər ADAU-nun ölkənin aparıcı ali təhsil və elmi-tədqiqat mərkəzlərindən birinə çevrilməsində, aqrar sahə üzrə yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynamışdır.

Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə Prezidenti İlham Əliyev 2016, 2017 və 2020-ci illərdə üç dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olmuş, hər səfərində universitet üçün xüsusi əhəmiyyət daşıyan mühüm obyektlərin açılışında iştirak etmişdir. Dövlət başçısının iştirakı ilə 2016-cı ildə universitetin müasir standartlara cavab verən 520 nəfərlik tələbə yataqxanası istifadəyə verilmişdir. Yataqxanada iki nəfərlik otaqlar, hər bir otaqda sanitar qovşağı, istirahət otaqları, tibb məntəqəsi, market, kafe, kitabxana, idman zalı və digər zəruri infrastruktur mövcuddur.

Eyni zamanda, 2017-ci ildə Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün inşa edilmiş 514 yerlik ikinci yataqxana kompleksinin açılışında iştirak etmişdir. Yataqxana tam müasir tələblərə cavab verən şəraitlə təmin olunmuş, burada tələbələrin rahat və təhlükəsiz yaşayışı üçün bütün imkanlar yaradılmışdır.

Bundan başqa, dövlət başçısının “Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında” 1 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, universitetin yeni tədris korpusu inşa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2020-ci il iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində bu müasir tədris korpusunun açılışında iştirak etmişlər.

Yeni binada bütün zəruri infrastruktur yaradılmış, ən müasir əyani vəsaitlər və avadanlıqlarla təchiz olunmuş auditoriyalar və laboratoriyalar professor-müəllim heyətinin və tələbələrin istifadəsinə verilmişdir. Müasir standartlara cavab verən bu tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alır.

Bundan başqa, ADAU-ya rəhbərlik etdiyim illərdə universitetin nəzdində kollec inşa edilərək istifadəyə verilmiş, ali məktəbin bütün tədris binaları əsaslı təmir olunmuş, laboratoriyaların fəaliyyəti əhəmiyyətli dərəcədə gücləndirilmişdir.

Rəhbərlik etdiyim dövrdə tələbələri həvəsləndirmək məqsədilə yüksək nəticə göstərən gənclər üçün əlavə stimullaşdırmamexanizmləri tətbiq edilmişdir. Belə ki, 400 baldan yuxarı nəticə ilə universitetə qəbul olunan tələbələrə aylıq 100-150 manat, 500 baldan yuxarı nəticə göstərənlərə isə 200-250 manat məbləğində əlavə təqaüd verilmişdir. Eyni zamanda, ingilis dilində təhsil alan tələbələr üçün ayda 70 manat əlavə təqaüd təsis olunmuşdur.

Həmçinin tələbələrin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmış, onların beynəlxalq təcrübə qazanması, xaricdə təhsil alaraq öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün müxtəlif proqramlardan geniş istifadə edilmişdir. Hər il onlarla tələbə Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etmişdir. Bundan əlavə, Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlıq çərçivəsində hər il 20-30 tələbə həmin universitetdə təhsil almaq imkanı əldə etmişdir. Bu tələbələr dövlət imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra Almaniyanın müxtəlif nüfuzlu universitetlərinə magistratura səviyyəsində təhsil almaq üçün qəbul olunmuşlar.

Bütün bunlarla yanaşı, yüksəkixtisaslı gənc kadrların hazırlanması, onlara daim dəstək göstərilməsi və inkişafına xüsusi diqqət yetirilmişdir. Gənc müəllimlərin işə qəbulu zamanı kompüter bacarıqları və xarici dil bilikləri əsas meyarlar kimi nəzərə alınmışdır. Görülən bu tədbirlərin hər biri Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə, tədrisin elm və innovasiyalarla sıx vəhdətdə inkişaf etməsinə xidmət etmişdir. Nəticə etibarilə, müasir tələblərə cavab verən aqronomlar, baytar həkimləri, bitki mühafizəsi üzrə mütəxəssislər və digər ixtisaslar üzrə müasir biliklərə malik kadrların hazırlanmasına mühüm töhfə verilmişdir.

Eyni zamanda, qeyd etmək istərdim ki, universitetdə 80 hektar ərazini əhatə edən müasir tədris-təcrübə təsərrüfatı yaradılmışdır. Burada müxtəlif proqramlar çərçivəsində heyvandarlıq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducular, meyvə və üzüm bağları, yay və qış auditoriyaları, laboratoriyalar və digər praktik tədris obyektləri fəaliyyət göstərir. Bütün bu imkanlar tələbələrin nəzəri bilikləri ilə praktiki vərdişləri birləşdirməsinə və peşə bacarıqlarının artırılmasına böyük dəstək olmuşdur.

Hazırda Azərbaycan Dövlət Aqrar Universitetində aqrar sahə üzrə 20-yə yaxın ixtisas dövlət sifarişi əsasında tədris olunur ki, bu da tələbələrin dövlət hesabına təhsil almasına və müxtəlif növ təqaüdlərlə təmin edilməsinə imkan yaradır. Bu yanaşma gənclərin aqrar ixtisaslara marağının artırılmasına xidmət etməklə yanaşı, ADAU-nun aqrar sahənin davamlı inkişafına və kadr təminatına verdiyi mühüm töhfəni aydın şəkildə nümayiş etdirir.

Onu da əlavə edim ki, 1990-cı illərin əvvəllərində ölkədə kənd təsərrüfatı sahəsində müəyyən çətinliklərin yaşanmasına baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu sahədə inkişaf başlamış, strateji addımlar atılmışdır. Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində nəinki MDB məkanında, hətta Şərqi Avropada da nüfuzlu ali təhsil müəssisələrindən biri kimi tanınır. Universitetin güclü maddi-texniki bazası, müasir laboratoriyaları, xarici dillərdə dərs demək qabiliyyətinə malik olan gənc və istedadlı müəllim heyəti bu uğurun bariz göstəriciləridir. Çox sevindiricidir ki, mənim rəhbərlik etdiyim dövrdə başlanmış islahatlar bu gün də davam edir. İnanıram ki, Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun tərəqqisi ilə bağlı üzərinə düşən öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcək, daha böyük nailiyyətlərə imza atacaq.

– İbrahim müəllim, məlumdur ki, son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Aqrar elmin bu prosesdə rolu və əhəmiyyəti ilə bağlı fikirlərinizi bölüşməyinizi istərdik.

– Doğrudan da, aqrar sektor dövlət siyasətinin əsas tərkib hissəsi kimi, ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet istiqamətlərdən hesab olunur. Azərbaycan dövləti kənd təsərrüfatının davamlı və rəqabətqabiliyyətli inkişafını təmin etmək məqsədilə bütün resursları səfərbər edir, bu sahədə islahatların həyata keçirilməsinə, müasir texnologiyaların tətbiqinə, elmi-tədqiqatların genişləndirilməsinə xüsusi önəm verir.

Bildiyiniz kimi, 1995-ci ildə həyata keçirilən torpaq islahatları nəticəsində torpaqlar əsasən kənd əhalisinə verilmişdi. Belə ki, ölkədə mövcud olan 1,4 milyon hektar əkin sahəsi 3,4 milyon insana, yaxud 892 min ailəyə paylanmışdı. Bu gün isə ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının təxminən 97-98%-i özəl sektorun payına düşür.

Dövlət müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün subsidiyalar ayırır. Hazırda aqrar sahədə sığorta mexanizmləri formalaşmaqdadır, sığortalama prosesi yüksək sürətlə həyata keçirilir. Azərbaycan kəndlisi və fermeri istədiyi vaxt kənd təsərrüfatı texnikası almaq üçün müvafiq banklara müraciət etmək, öz işini qurmaq imkanına malikdir. Belə ki, texnikanın dəyərinin 20%-i ilkin olaraq fermer tərəfindən ödənilir, 40%-i dövlət tərəfindən qarşılanır, yerdə qalan 40%-i isə 5 il ərzində ödənilir. Bu mexanizm dünyanın bir çox ölkələri ilə müqayisədə əhəmiyyətli dərəcədə əlverişlidir və fermerə böyük dəstəyi nümayiş etdirir.

Yuxarıda da qeyd etdiyim kimi, elmi-tədqiqat qurumlarının əsas vəzifələrindən biri fermerin yanında olmaq, onu elmi əsaslı biliklərlə maarifləndirmək, operativ proqnoz və tövsiyə xarakterli məlumatlarla təmin etmək, eləcə də elə əlverişli şərait formalaşdırmaqdır ki, fermer ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında fəal rol oynaya bilsin.

Sevindiricidir ki, bu gün bəzi kənd təsərrüfatı məhsulları üzrə özünütəminetmə səviyyəsinə nail olunmuşdur, lakin hələ də idxaldan asılı olan sahələr vardır. Dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biri daxili istehsalın genişləndirilməsi hesabına idxalın azaldılması, perspektivdə isə mümkün qədər minimum səviyyəyə endirilməsidir. Artıq bir sıra məhsullar üzrə bu məqsədə nail olunmuş, digərləri üzrə isə sistemli və ardıcıl tədbirlər həyata keçirilməkdədir.

Təbii ki, aqrar elm bu prosesdən kənarda qala bilməz. Bu sahədə fəaliyyət göstərən alimlərin əməyinin başlıca məqsədi fermerlərin məhsul istehsalında davamlılığa, sabitliyə və yüksək keyfiyyət göstəricilərinə nail olmalarına elmi dəstək verməkdir. Əldə olunan elmi nəticələr yalnız nəzəri səviyyədə qalmamalı, birbaşa təsərrüfatlarda və əkin sahələrində tətbiq olunmalı, real praktiki nəticələr verməlidir.

– Bu gün süni intellekt və rəqəmsallaşma digər sahələr kimi qlobal səviyyədə aqrar sektorun da əsas trendlərindəndir. Sizcə, müasir texnologiyalar Azərbaycanın kənd təsərrüfatında və aqrar sahədə təhsilin inkişafında hansı dəyişikliklərə, yeniliklərə yol açmaqdadır?

Müasir dövrdə qlobal miqyasda formalaşan yeni çağırışlar rəqəmsallaşma və süni intellekt texnologiyalarının geniş tətbiqini zəruri edir və bu tendensiyalar aqrar sektor üçün də strateji əhəmiyyət daşıyır. Azərbaycan da bu qlobal tendensiyalardan kənarda qalmır və aqrar sektorun inkişafında müasir texnoloji yanaşmaların tətbiqi istiqamətində ölkəmizdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Ümumilikdə, süni intellektin əsas funksiyalarından biri kənd təsərrüfatı istehsalı ilə bağlı böyük həcmdə məlumatların toplanması və təhlili, məhsuldarlığın dəqiq qiymətləndirilməsi, eləcə də zərərverici və xəstəliklərin vaxtında proqnozlaşdırılmasıdır. Bu kimi yanaşmalar fermerlərin qərarvermə prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır, riskləri azaldır və nəticə etibarilə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, sovet dövründə bitki mühafizəsi sahəsində proqnozlaşdırma idarələri fəaliyyət göstərirdi, lakin sonradan bu idarələr ləğv olundu. Buna baxmayaraq, proqnozlaşdırma bu gün də xüsusilə, xəstəlik və zərərvericilərin əmələ gəlməsi ilə bağlı qabacadan məlumatların əldə edilməsi baxımından öz aktuallığını qoruyub saxlayır.

Bu məlumatlar süni intellekt və rəqəmsallaşma texnologiyalarının tətbiqi yolu ilə sistemli şəkildə toplanılır və emal olunur. Son 10 il ərzində müasir xəstəliklər üzrə geniş və strukturlaşdırılmış məlumat bazası formalaşdırılmış, həmin məlumatlar əsasında 2026-cı il üçün gözlənilən vəziyyət elmi əsaslarla proqnozlaşdırılmışdır. Hazırlanan proqnoz göstəriciləri aqrar sektor subyektlərinə və fermerlərə təqdim edilir, onlar isə bu elmi əsaslı məlumatlardan öz təsərrüfatlarında risklərin azaldılması, məhsuldarlığın artırılması və idarəetmə qərarlarının optimallaşdırılması məqsədilə səmərəli şəkildə istifadə edirlər.

Bütövlükdə, rəqəmsallaşdırma kənd təsərrüfatı məlumatlarının toplanılması, saxlanılması, emalı və paylaşılması proseslərinin müasir texnologiyalar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə artıq Azərbaycan aqrar sektorunda müəyyən institusional addımlar atılmaqdadır.

Təbii ki, süni intellekt və rəqəmsallaşma texnologiyalarının daha sistemli və məqsədyönlü şəkildə təşkili və birbaşa kənd təsərrüfatı istehsalına inteqrasiyası yaxın illərdə istehsalın səmərəliliyinin artırılması, risklərin minimuma endirilməsi və nəticə etibarilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından çox geniş imkan yaradacaqdır.

– Cənab Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışında və yerli televiziya kanallarına müsahibəsində elm və təhsilin inteqrasiyası, nəticəyönümlü fundamental tədqiqatların əhəmiyyəti xüsusi vurğulanmışdır. Sizcə, bu strateji çağırışlar kənd təsərrüfatının və aqrar elmin inkişafı baxımından hansı yeni vəzifələri müəyyənləşdirir?

– Əlbəttə ki, mən də AMEA-nın 80 illik yubiley tədbirindəiştirak etdim və dövlət başçımızın proqram xarakterli nitqini diqqətlə dinlədim. Cənab Prezidentin çıxışı zamanı səsləndirilən yeni çağırışlar, elmlə təhsilin inteqrasiyası və nəticəyönümlü tədqiqatların əhəmiyyəti ilə bağlı fikirlər hər bir elm adamının qarşısında ciddi vəzifələr qoydu. Prezidentİlham Əliyevin də vurğuladığı kimi, hələ elmin praktik tətbiqində müəyyən boşluqlar mövcuddur, bu isə göstərir ki, elmlə təhsil paralel və qarşılıqlı şəkildə inkişaf etməli, elmdə əldə olunan nəticələr tətbiqə çevrilməli, praktikada reallaşmalıdır. Tətbiq prosesində isə tələbələrin nəzəri bilikləri praktiki vərdişlərlə möhkəmləndirilməlidir.

Məhz bu baxımdan, son illərdə ölkəmizdə aparılan islahatlar – elmlə təhsilin inteqrasiyası istiqamətində atılan məqsədyönlü addımlar, Elm və Təhsil Nazirliyinin fəaliyyətinin yenidən, müasir çağırışlar əsasında təşkili, elmi-tədqiqat institutlarında həyata keçirilən məqsədyönlü tədbirlər strateji məqsədlərə xidmət edir. Bu islahatların əsas hədəfi odur ki, elm və təhsil birgə inkişaf edərək bütövlükdə Azərbaycan elminə, təhsilinə, eyni zamanda, iqtisadi və sosial inkişafa böyük töhfələr versin, ölkəyə fayda gətirsin.

Eyni prinsip aqrar elm sahəsinə də aiddir. Bu sahədə də elmlətəhsilin inteqrasiyası istiqamətində artıq müəyyən işlər görülürvə bu proses ardıcıl olaraq davam etdirilir. Düşünürəm ki, bütünalim və ziyalılar öz səylərini birləşdirərək cənab Prezidentinqarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə dəstək olmalı, fəaliyyətini sistemli şəkildə qurmalı, ölkəmizin elmipotensialının gücləndirməsində fəal iştirak etməlidir.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziyakanallarına verdiyi müsahibəsində də Azərbaycan elminin bugünü və gələcək inkişafına dair yeni reallıqlar, prioritetlər vəəsas vəzifələr dəqiq şəkildə müəyyən edilmişdir. Dövlət başçısımüsahibəsində ölkənin intellektual potensialının gücləndirilməsibaxımından elm və təhsilin inteqrasiyasının, birgə inkişafınınzəruriliyini xüsusi vurğulamışdır.

Cənab Prezidentin fikirləri olduqca düşündürücüdür: “Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmiişçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, ondainkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunudəfələrlə demişəm, bir daha deyirəm, tam şüurlu şəkildə, inkişafetmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox”.

Ölkə başçımızın çıxışı elm və təhsilin dövlətimizin stratejiinkişafında əsas rolunu, onların dayanıqlı inkişafının vacibliyinibir daha sübut edir. Eyni zamanda, ölkədə aparılan islahatlarınelmin inkişafı, təhsilin müasirləşdirilməsi və yüksəkixtisaslıkadrların hazırlanmasına xidmət etdiyi açıq şəkildə nümayişetdirilir.

Bu yanaşma yalnız Azərbaycan elminin gələcək inkişafstrategiyasının formalaşmasına deyil, eyni zamanda aqrar elmində davamlı və nəticəyönümlü inkişaf perspektivlərininmüəyyənləşdirilməsinə əsaslı təsir göstərir.

Əminliklə qeyd etmək olar ki, son dövrlərdə elm və təhsilininkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlütədbirlər həm elmin müasir çağırışlar əsasında tərəqqisi, həm dəaqrar sektorun dayanıqlı inkişafı üçün etibarlı institusional bazaformalaşdırır.

– İbrahim müəllim, maraqlı müsahibəyə, ətraflıcavablarınıza görə təşəkkür edirəm!

Müsahibəni apardı: Nərgiz Qəhrəmanova, AMEA RəyasətHeyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat vəinformasiya şöbəsinin Elektron informasiya sektorununmüdiri

Bütün xəbərlər Facebook səhifəmizdə