“Aİ Azərbaycanın enerji sahəsindəki çağırışlarına cavab verməzsə,…” - EKSPERT DANIŞDI
“Hal-hazırda Azərbaycan təxminən Avropa İttifaqının, Avropa Birliyinin qaza olan təlabatının 4 faizini ödəyir. Amma Avropa İttifaqı və Avropa komissarının da Azərbaycana səfəri zamanı təkidlər ondan ibarət oldu ki, Azərbaycan ən ağır ixracatı 2 dəfə artırsın. Amma dünyada yaşıl enerji, alternativ və bərpa olunan enerji hasilatı sürətlə inkişaf edir və bu sürətli inkişaf yaxın gələcəkdə qazıntı ehtiyatlarından, yəni karbo hidrogen ehtiyatlarından alınan enerjinin aktuallığını aşağı sala bilər. Yəni biz hasilatı iki dəfə artırmaq üçün həm də ixracat infrastrukturunu imkanlarını 2 dəfə artırmalıyıq. Bu isə investisiya tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.
Akif Nəsirli sözlərinə belə davam edib: “Məsələn, biz həm hasilatı artırsaq, həm də investorlar cəlb etsək ,infrastrukturu genişləndirdik. Avropaya qaz ixracını 2,3 dəfə artırdıq ildə bu ixracatı 50-60 milyard kub metrə çatdırdıq. Növbəti illərin birində, məsələn 1-2 ildən sonra Avropa ölkələri bəyan etdilər ki, bizə bu qaz lazım deyil. Biz alternativ və bərpaedilən enerji mənbələri hesabına öz təlabatımızı ödəyirik. Bu halda Azərbaycan qazı müştərisiz qalacaq bu infrastruktura çəkilən xərci belə çıxara bilməyəcək.
Amma bu istiqamətdə tendensiyalar var. Məsələn, Almaniya 2024-cü ildə hasil etdiyi elektrik enerjisinin 68%-ni alternativ və bərpa olunan mənbələr hesabına əldə edibdi. Bu tendensiyanın digər Avropa ölkələrinə yayılması qaçılmazdır. Yəni Almaniyanin təcrübəsindən istifadə eliyib Fransada tutaq ki qaza olan tələbatını aşağı sala bilər, Avstriya da, digər Azərbaycanın qaz ixrac elədiyi ölkələr də bu təcrübədən yararlana bilər və qaza tələbatı sıfırlana bilər. O halda Azərbaycan qazı müştərisiz qalır və kəmərlərə çəkilən xətt Azərbaycanın üzərinə cərimə kimi gəlir. Bu səbəbdən də ölkə Prezidenti bəyan eliyir ki, siz bizə qrafik verin, zaman verin bizim ehtiyatlarımız var və öhdəlik götürün ki, tutaq ki 5- 10il qaza tələbat nə qədər minimuma ensə də biz sizdən qaz alacağıq bu həcmdə və bu qədər vaxtda. Bu halda biz o ili və həcmi hesablıyaraq o imprastrukturun yaradılması üçün investor cəlb eliyə bilərik. Və yaxud investisiyani bütövlükdə Avropa İttifaqının özü qoysun. Yəni həm hasilatın genişləndirilməsi, həm ixracat imprastrukturun genişləndirilməsini Avropa İttifaqının özü, Avropa komissiyasının özü təşkil etsin.
Azərbaycan öz təbii resurslarını, xüsusilə enerji resurslarını, müvafiq infrastruktur vasitəsilə reallaşdırmaq və ixrac etmək imkanlarına malikdir. Hazırda Azərbaycan bu resursların Avropa bazarına çatdırılması istiqamətində təşəbbüslər irəli sürür. Lakin Avropa İttifaqı Azərbaycanın irəli sürdüyü iki əsas şərtə hələlik rəsmi reaksiya verməyib. Bu səbəbdən Azərbaycan hökuməti və ölkə Prezidenti, dövlətin milli maraqlarını əsas tutaraq, bu məsələnin əhəmiyyətini beynəlxalq platformalarda qabardır və diqqətə çatdırır.
Əlavə olaraq qeyd olunmalıdır ki, əgər Avropa İttifaqı bu təkliflərə müsbət yanaşmasa belə, Azərbaycanın qaz ixracı üçün alternativ bazarları mövcuddur. Azərbaycan yaxın gələcəkdə sıxılmış (mayeləşdirilmiş) təbii qazın ixracına başlaya bilər. Bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Lakin hazırda dünyada müşahidə olunan tendensiyalar bu istiqamətdə real perspektivlərin mövcud olduğunu göstərir. Qlobal miqyasda mayeləşdirilmiş qaz bazarına olan tələbat durmadan artır.
Əgər Avropa İttifaqı Azərbaycanın enerji sahəsindəki çağırışlarına cavab verməzsə, Azərbaycan sıxılmış təbii qazını yüksək maya dəyərinə baxmayaraq digər, tələbat olan ölkələrə ixrac edə bilər. Bu cür qazın daşınması həm quru, həm də su yolu ilə mümkündür ki, bu da Azərbaycanın enerji strategiyasında çevik və rəqabətqabiliyyətli olmasına şərait yaradır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə