Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının yaranmasından 4 il ötür. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, teatr yarandığı gündən bu günədək böyük uğurlara imza ataraq, ən sevilən tamaşalara quruluş verib.
Yeni yaranmasına baxmayaraq, teatr U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin və J.B.Molyerin əsərlərini tamaşaya qoyub.
Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənət, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. Həmçinin, Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.
2020-ci ilin mart ayından etibarən COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi elan edildiyindən, teatr öz fəaliyyətini virtual şəkildə davam etdirir. Hazırda ƏSA Teatrı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında eyniadlı tamaşa hazırlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB