Tovuz rayonu Vahidli kəndində yerləşən “Qala düzü” abidəsinə müdaxilənin qarşısı alınıb. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına götürülmüş abidənin yerləşdiyi ərazidə restoran tikilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat daxil olub.
Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən arxeoloji abidənin yerləşdiyi ərazidə iri texnika vasitəsilə hamarlanma işlərinin aparılması faktı aşkar olunub.
Hazırda aparılan işlər dayandırılıb, məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB