Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Braziliyanın Azərbaycandakı səfiri arasında görüş
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Braziliyanın Azərbaycandakı səfiri arasında görüş keçirilib. Fonddan SİA-ya bildirilib ki, görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun fəaliyyətindən, xarici ölkələrdə təşkil edilmiş konfrans və seminarlardan, eləcə də türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçiriləcək layihələrindən söz açıb. Həmçinin Fondun prezidenti Braziliyaya səfərini, “Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma” adlı konfransda iştirak etdiyini xatırladaraq, xalqlar arasında mədəni irsin tanıdılmasının vacibliyini vurğulayıb.
Səfir Manuel Adalberto təmsil etdiyi ölkənin və ümumilikdə Latın Amerikası ilə türk mədəniyyətləri arasında qarşılıqlı əlaqələrindən söz açıb, türk dünyasının zənginliyini əks etdirən kitabların öz ölkəsində tərcümə və nəşr olunmasına dair köməklik göstərəcəyini bildirib.
Diplomat həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Braziliyanın Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.
Görüşdə Fond və səfirlik arasında təşkilata üzv və müşahidəçi olan ölkələrin və Braziliyanın mədəni dəyərlərinin təbliği məqsədilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB