Uşaq Musiqi Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri “Perfomans” Beynəlxalq Prodüser Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Cənub rabsodiyası” Beynəlxalq İncəsənət Müsabiqəsində uğurla iştirak ediblər. SİA-nın məlumatına görə, İsveç, Rusiya, Bolqarıstan, Makedoniya, İran, Azərbaycan və Macarıstanın tanınmış mədəniyyət xadimlərinin qərarı ilə məktəbin şagirdləri yüksək yerlərə layiq görülüblər.

Şagirdlərdən Tunar İsmayılzadə (fortepiano), Zərintac Qurbanzadə (kamança), Elvin Rəhimov (klarnet), Aygün Baratzadə (fortepiano), İbrahim Qasımov ( xanəndə) uğurla çıxış edərək müxtəlif kateqoriyalar üzrə Qran -Pri mükafatına sahib olublar. Sevil Osmanova isə (fortepiano) iki nominasiyada iştirak edərək hər ikisində birinci yerə layiq görülüb

Bütün xəbərlər Facebook səhifəmizdə