“Muğam dünyamız” adı virtual tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Muğam dünyamız” adı altında virtual tədbir keçirib. Kitabxanadan SİA-ya bildirilib ki, virtual tədbirin qonağı gənc muğam ifaçısı Şirxan Cahangirov olub.

Tədbir konsert proqramı ilə davam edib.

Azərbaycan bəstəkarlarının bəstələdiyi milli musiqilərlə zəngin olan konserti əvvəldən sonadək xanəndə qaval ilə özü müşayiət edib.

Onun ifa etdiyi muğam parçaları və bəstələr izləyicilər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə