“Şəhidlər ölməz, Vətən bölünməz”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində iyulun 14-də Tovuz rayonu istiqamətində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində baş vermiş döyüş zamanı şəhid olmuş general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.

Kitabxanadan SİA-ya bildirilib ki, videoçarxda şəhid generalımızın həyat və döyüş yolu foto şəkillərlə işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə