“Bakı gecələri – 2010” Estrada Mahnı Festivalına start verilib

Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Bakı gecələri – 2010" Estrada Mahnı Festivalına start verilib. SİA-nın məlumatına görə, konsertdə Mətanət İsgəndərli, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nüşabə Ələsgərli, İzzət Bağırov, Lalə Məmmədova, Elton Hüseynəliyev, Almas Ələsgərli, Könül Kərimova, Vasif Məhərrəmli, Elza Seyidcahan, Ramal İsrafilov, Vaqif Şıxəliyev, Leyla Ramazanlı, Elariz Məmmədoğlu, Səməd Səmədov, Yeganə, Səbinə Əliyeva, "Şeron" qrupu və "M-life" qrupu iştirak ediblər.

Konsertdə baş verən maraqlı məqamlardan biri də müğənni Yeganənin canlı olaraq ifa etməsi olub.

Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Bakı gecələri – 2010" Estrada Mahnı Festivalı başlayır.

Festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.

İlkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən müğənnilər "Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı" adına layiq görüləcək.

Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri online səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər. Səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.

Xatırladaq ki, artıq üçüncü ildir keçirilən "Bakı Gecələri" Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasovun ifa etdiyi Eldar Mansurovun "Taleyim" mahnısı, 2009-cu ildə isə Natəvan Həbibi və İntizar Məmmədovun ifa etdiyi Murad Arifin "Sevdiyini söylə" mahnısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...