İraq hökuməti dağıdılmış tarixi və mədəni abidələrin bərpa olunmasında və geri qaytarılmasında Rusiyadan kömək istəyir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda İraqın Rusiyadakı səfiri İsmayıl Şəfiq Muhsin məlumat verib.

Səfirin sözlərinə görə, 2003-cü ildə İŞİD terror qruplaşması tərəfindən İraqın mədəni sərvətinin çox hissəsinə ziyan verilib. Xüsusilə, 2014-cü ildə terrorçuların İraqın şəhərlərinə etdiyi davamlı hücumları nəticəsində, minlərlə abidələr, incəsənət nümunələri məhv edilib. Nisbətən, qiymətli olanlar isə oğurlanıb.

Diplomat həmçinin, terror birləşmələrinin öz maliyyə ehtiyaclarının bir hissəsini oğurlanmış abidələri satmaqla təmin etdiyini də vurğulayıb.

Qeyd edək ki, bir müddət bundan öncə Rusiya hökuməti tarixi Palmiranın dağıdılması ilə bağlı YUNESKO-ya müraciət etmiş və nəticədə, şəhərin bərpası üçün fond yaradılmışdır.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə