Miladi: 19 dekabr 2013
	Hicri: 15 Səfər 1435
	
	İlin 353-ci günü
	İlin sonuna 12 gün qalır
	
	Bu günün namaz vaxtları 
	
	Fəcr – 06:42 
	Günəş – 07:58 
	Zöhr – 12:41
	Əsr – 15:20 
	Məğrib – 17:32 
	İşa – 18:54
	
	1793 — Fransa hökuməti pulsuz və icbari ibtidai təhsil barədə qərar verib.
	
	1805 — Napoleon Bonapartın başçılıq etdiyi fransız ordusu Varşavaya girib.
	
	1842 — ABŞ Havayın müstəqilliyini tanıyıb.
	
	1906 — Sov. İKP baş katibi Leonid Brejnev anadan olub. 
	
	1915 — Alman psixiatr Alois Alzeymer vəfat edib.
	
	1915 — Fransız müğənni Edit Piaf anadan olub.
	
	1934 — İspaniya hökuməti Kataloniyanın muxtariyyət hüququnu ləğv eib.
	
	1939 — T 34 tankı sovet ordusunda silahlanmaya qəbul edilib.
	
	1941 — Hitler alman ordusuna komandanlığı ələ alıb.
	
	1946 — Fransa Hind-Çin yarımadasında müharibəyə başlayıb.
	
	1950 — Duayt Eyzenhauer Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) quvvələrinin başçısı seçilib.
	
	1950 — Aktrisa Gülşən Qurbanova anadan olub. 
	
	1965 — Şarl de Qoll təkrar Fransa prezitenti seçilb.
	
	1969 — Məşhur Azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadə anadan olub. 
	
	1984 — Çin və ABŞ Honq Konqun 1997-ci ildə Çinə qaytarılmasına dair müqavilə imzalayıblar.
	
	1986 — Sovet hökuməti akademik Andrey Saxarovun ev dustaqlığından azad edildiyini və onun həyat yoldaşı Yelena Bonnerin əhf olunduğunu bəyan edib.
	
	1992 — Somalidə "Ümid əməliyyatı"na start verilib.
	
	1993 — Fransa prezidenti Fransua Mitranın dəvəti ilə Azərbaycan prezidenti Heydər Əliyev bu ölkədə rəsmi səfərdə olub. Bu, müstəqil Azərbaycanın dövlət başçısının Fransaya ilk səfəri idi.
	
	1996 — İtaliya aktyoru Marçello Mastroyanni vəfat edib. 
	
	1997 —"Titanik" filmi Amerika kinoteatrlarında nümayiş etdirilib.
	
	2003 — Liviya lideri Müəmmər Qəddafi ölkəsinin nüvə və kimyəvi silah əldə etmək məqsədindən əl çəkdiyini bəyan edib.
	
	2005 — 19 fransız tarixçi uydurma "erməni soyqırımı"nı tanıyan qanuna etiraz edib.
	
	2006 — Liviyada 90-cı illərin sonunda 426 uşağı QİÇS-ə yoluxdurmaqda təqsirləndirilən 5 bolqar tibb bacısı və 1 fələstinli həkim edam edilib.
	
	2008 — İqdırda "Ermənilər türk millətindən üzr istəsinlər" adlı internet kampaniya başlayıb.
	
	2010 — Azərbaycan fotoqrafı Elxan Kərimov vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB