“Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi açılışı olub - FOTO- VİDEO

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə müsabiqədə təmsil olunan 42 ölkənin nümayəndəsi, şəhərimizin qonaqları, müxtəlif ölkələrin media mənsubları iştirak edib. Bu mərasimə hər bir ölkə təmsilçisi nümayəndə heyəti ilə birgə xüsusi qırmızı xalı üzərindən içəri daxil olublar. Onları ötən ilin "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal, eləcə də bu ilki şounun aparıcıları Leyla və Nərgiz qarşılayıb.


Açılış mərasimində "Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand iştirakçılara uğurlar arzulayıb. O, Azərbaycanın ev sahibliyi etdiyi müsabiqədə qarşıda gözlənilən şoularda hər bir kəsə müvəffəqiyyət arzulayıb.


Gecənin musiqili hissəsi "Eurovision-2011" müsabiqəsinin qalibləri Eldar və Nigarın "Running scared" mahnısı ilə start götürüb. Daha sonra müsabiqədə 2009-cu ildə qalib olan Aleksandr Rıbak da çıxış edib. Sonra isə müsabiqənin builki iştirakçıları öz yarışma mahnılarını ifa ediblər. Açılış mərasimi səhərə kimi diskoteka davam edib.


Açılışla bağlı atəşfəşanlıq tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə