Avropa Yayımları Birliyindən Azərbaycana “Eurovision-2012” təşəkkürü
Cenevrədə Avropa Yayımları Birliyinin (EBU) 67-ci Baş Assambleyasının iclası başlayıb. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən verilən məlumata görə, iclası açan EBU prezidenti Jan-Pol Flippot toplantının keçiriləcəyi iki gün ərzində təşkilatın və üzv ölkələrin ictimai yayımçılarının fəaliyyəti, o cümlədən müasir media sahəsindəki bir çox yeniliklər barədə müzakirələrin aparılacağını bildirib.
EBU-nun baş direktoru İngrid Deltenre təşkilatın böyük layihələrindən danışıb. O, bu layihələr sırasında olan "Eurovision-2012"yə hazırlıq işlərinə görə ev sahibi kimi Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Azərbaycan nümayəndə heyəti sessiyanın işində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB