Papağımı qoyub qabağıma gecə-gündüz ha düşünürəm, ha daşınıram, bizim bəzi özünü müxalifət kimi qələmə verən siyasət dəllallarının nə strategiyasından, nə də taktikalarından baş aca bilmirəm ki, bilmirəm. Əslində olmayan bir şeydən baş açmaq heç mümkün də deyil, amma nə qədər olmasa, bunlar da özlərini siyasət meydanında hesab edirlər və əgər bu meydandasansa sənin, gözlərə kül üfürmək xatirinə də olsa bir strateji məqsədin, taktiki gedişlərin ortada olmalıdı axı!

Dağıdıcı ünsürlər gecə-gündüz ötən çağırış Milli Məclisin legitim olmaması, seçkilərin saxtalaşdırılması(?) kimi sərsəm çağığırışları ilə özlərini gündəmdə saxlayırdılar. Ölkə başçısı bu parlamentin buraxılması ilə bağlı Milli Məclisin qəbul etdiyi qərarı təsdiqləyib, növbədənkənar seçkilərin keçirilməsi haqqında Sərəncam imzalayan kimi, müxalifət adlanan bu zadlar başladılar ki, iqtidar öz hakimiyyətinin ömrünü uzatmaq, nə bilim beynəlxalq aləmi aldatmaq üçün belə qərar verdi. Halbuki həm dünyada, həm də ölkədə "məmə deyəndən pəpə yeyənə" qədər hər kəsə gün kimi aydındır ki, bu addım ölkə başçısının başladığı inqilabi yenilənmə naminə islahatların bir tərkib hissəsidir və yenilənmə naminə yeni təfəkkürlü parlamentin formalaşması istəyi köklü yenilənmədən xəbər verən mühüm amildir. Amma bizim qocaman müxaliflər bunu da başladılar öz istəklərinə (daha doğrusu, fitva verənlərinin istəklərinə) uyğun yozmağa. Sonra da oturub hardansa borca papaq tapıb qoydular qabaqlarına və düşünüb-daşınıb qərara gəldilər ki, seçkilərdə iştrak eləsələr məğlubiyyətləri qaçılmazdı. Odur ki, "baykot" etmək haqqında danışıb, bu ütüdən də birtəhər çıxmaları lazımdı. Xüsisilə, "cəMilli Şura" ilə onun özünəbənzər "əliCəbhəsi" partiyası başladılar "baykot"dan danışmağa. Özlərinə bir kərə olsun sual vermədilər ki, "baykot" etmək istəyən "siyasi qüvvə" cəmiyyətdə hansı siyasi çəkiyə malikdir və bu qərarın gerçəkləşməsi üçün onların elektoratı varmı? Bunda da işim yoxdu, ağaları deyib sürün dərəyə, bunlar da sürüblər. Ağızları nədi xarici ağalarının dediklərindən çıxalar? O zaman bazarları üzlərinə bağlanar. Seçkilər başladı mərhələlrlə həyata keçməyə. Baxıb gördülər ki, onların "baykot" çağırışına rəğmən, cəmiyyət bu seçkilərə heç zaman olmadığı qədər fəal qoşulub və beynəlxalq qurumlar da bunu

görüb özlərini yetirirlər Azərbaycana ki, seçkiləri müşahidə etsinlər. Yəni bu seçkilərin də həm cəmiyyət, həm də beynəlxalq aləm tərəfindən legitimliyinə şübhə yeri qalmayacağı anladılar və bu dəfə "cəMilli Şura" bir bəyanat guppuldatdı, arxasından da Əllilik Kərim çıxdı xaricdən yayımlanan onlayn kanallara ki,biz bu seçkilərin nəticələrini tanımayacağıq. Bah, biməmişdik, beş-on nəfər tanımayacaq deyə bu boyda siyasi tədbiri dayandıracaqdıq ki, gərək onlar da razı qalsın! Sosial şəbəkələri izləyən hər kəs üçün kifayətdir ki,seçkilərin nə dəqər yüksək fəallıqla, demokratik ənənələrə sadiqliklə, xalqın öz istəyini azad ifadə etməsinə yaradılan möhtəşəm şəraitlə müşahidə olunduğunu təsdiq etsin. Yaxşı, seçkilərin demokratik olmayacağını deyirdin, demokratiya ən yüksək səviyyədə təmin olunduğu göz qabağında. Seçki qanununun tələblərinin pozulacağından bağırırdın, beybəlnəlxalq müşahidəçilər bu günə kimi bir qanun pozuntusu belə qeydə almayıb. Bir sözlə, seçkilərin şəffaf və demokratik keçiriləcəyinə kimsə "mız" qoya bilmir. Amma bunlar yenə bağırmaqda davam edirlər ki, qoymayın, seçkilər saxtalaşdırılır. Bax ona görə yazımın əvvəlində qeyd elədim ki, bunların nə starategiyası var, nə də taktikası. Bunlar, sadəcə "baykot" deyə-deyə özləri özlərini baykot etmişlərdi. Baykot olmuşların "baykot" deyib bağırmasınin isə özlərindən başqa kiməsə zərəri dəyməyəcəyi gün kimi aydındır. İndilik bu qədər, qalanı qalsın müxalif adlanan siyasət dəllallarının seçkisonrakı şivənlərinə...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə