Badahşah vilayətində uçqun baş verib 5 nəfər həyatını itirib

Əfqanıstanın şimal-şərqindəki Badahşan vilayətinin Kohistan rayonunda bir qızıl mədənində uçqun baş verib. Baş verən uçqun nəticəsində 5 fəhlə həyatını itirib, 5 fəhlə yaralanıb. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, Badahşan vilayəti mətbuat katibi Nik Məhəmməd Nəzəri Kohistanın Şapu bölgəsindəki qızıl mədənində işçilərin çalışdığı zaman uçqun meydana gəldiyini bildirib.

5 fəhlənin həyatını itirdiyini qeyd edən Nəzəri 5 fəhlənin xəsarət aldığını deyib. Nəzəri yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu, ölənlərin sayının artmasından narahatlıq duyulduğunu qeyd edib. O, özügedən yataqda minlərlə fəhlənin qanunsuz şəkildə qazıntı apardığını dilə gətirib. Həmçinin katib 30 nəfərin dağıntılar altında qaldığını və axtarış xilasetmə işləri davam etdirildiyini bildirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə