“Hagibis” qurbanlarının sayı 74 nəfərə çatıb

Yaponiyada güclü “Hagibis”qasırğası nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tayfunun zərərlərini qarşılamaq üçün Yaponiya 6.5 milyon dollar ayıracaq.

Məlumata görə, qasırğa nəticəsində 11 nəfər itkin düşüb, 220 nəfər müxtəlif xəsarətlər alıb. Ən çox ölüm və yaralanma Yaponiyanın Fikusima, Miyaqi,Kanqava, Xonsyu əyalətlərində qeydə alınıb.

Nazirlər Kabinetinin baş katibi Yoshihide Suga bildirib ki, qasırğa nəticəsində ziyan çəkən ərazilərdə infrastrukturun bərpası prosesi gedir, axtarış və xilasetmə işləri davam edir.

Axtarış tədbirləri üçün işlərə özünümüdafiə qüvvələri, yanğınsöndürən və polislərdən ibarət 110 min nəfər cəlb edilib.

Hazırda Tokioda 13 min ev və fərdi yaşayış sahəsi işıqsız qalıb. Zərərçəkən bölgədə 230 məktəb fəaliyyətini dayandırıb, onlarla supermarket bağlanıb, 120 bankomat sıradan çıxıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə