“Rustavi 2” televiziya kanalı satışa çıxarılıb

Gürcüstanın müxalif "Rustavi 2" televiziya kanalı satışa çıxarılıb. SİA-nın verdiyi məlumata görə, bu barədə televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bəyanat yayıb.

O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib. K.Xalvaşi "Rustavi 2"nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib. Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.

O, "Rustavi 2" kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...