Husilər Səudiyyə Ərəbistanına hücum etdilər – 26 yaralı

Səudiyyə Ərəbistanında aeroportlardan biri havadan hücuma məruz qalıb. SİA İran mətbuatına istinadən xəbər verir ki, hücuma məruz qalan krallığın cənubundakı Abha hava limanıdır.

İlkin məlumata görə, aeroporta zərbəni Yəməndəki Husilər endiriblər. Raketin aeroportun ərazisində düşdüyü bildirilir.

Xəsarət alanlarla bağlı məlumata gəlincə, rəsmi televiziya isə hava limanında ən azı 26 nəfərin yaralandığını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...