Şimali Makedoniyada prezident seçkilərinin ikinci turu keçirilib.
SİA-nın məlumatına görə, sağçı Sosial-Demokrat İttifaqının namizədi Stevo Pendarovski seçkilərin qalibi olub.
Seçkilərdə 1,8 milyon insan 3512 məntəqədə səs verib. Stevo Pendarovski alternativi Silyanovska-Devkovaya nisbətən daha çox səs toplayaraq Şimali Makedoniyanın prezidenti seçilib.
Qeyd edək ki, Stevo Panderovski 1963-c ildə Skopyedə anadan olub. Hüquq fakütəsini bitirib. Ölkənin əvvəlki iki prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə məsləhətçisi olub. Son vaxtlar NATO-ya inteqrasiya üzrə ölkənin milli koordinatoru idi.
Bu, ölkənin adının Şimali Makedoniyaya dəyişdirilməsindən sonra ilk prezident seçkiləridir. İndiki prezident Georgi İvanovun səlahiyyət müddəti bu ay başa çatır. O, iki beşillik möhlətə ölkəyə rəhbərlik edib və konstitusiyaya görə, yenidən namizədliyini irəli sürə bilməzdi.
Bütün xəbərlər Facebook səhifəmizdə