Texasda təyyarə qəzası: 6 nəfər ölüb

ABŞ-ın Texas ştatında ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həyatını itirib. Bu barədə Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Bildirilir ki, qəza "Beechcraft BE58" tipli təyyarə Kerrvill bələdiyyə aeroportuna eniş etməyə hazırlaşarkən baş verib. Təyyarənin qalıqları hava limanından 8 min şimal-qərbdə tapılıb. Uçuş aparatı Qərbi Hyuston aeroportundan havaya qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...