ABŞ 17 səudiyyəliyə sanksiya tətbiq edib - Qaşıqçı cinayətinə görə

Amerika Birləşmiş Ştatları “Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçının qətlində əli olması ehtimal edilən 17 nəfər Səudiyyə Ərəbistanı vətəndaşına qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, ABŞ maliyyə naziri Stiven Mnuçinin sözlərinə görə, barəsində sanksiyalar tətbiq edilmiş şəxslərin siyahısına əməliyyatın keçirilməsi üçün Türkiyəyə gəlmiş qrupun bütün 15 üzvü, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Otaybi, həmçinin şahzadə Məhəmməd bin Salmanın böyük məsləhətçisi daxildir. Vaşinqton bu fiziki şəxslərin aktivlərinin təcili dondurulduğunu bildirib.

Xatırladaq ki, Qaşıqçı 2018-ci il oktyabrın 2-də yoxa çıxıb. O, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmişdi. Oktyabrın 19-da Ər-Riyad jurnalistin baş konsulluğun ərazisində öldürülməsini etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə