Trampla Kim Çen In İsveçrədə görüşə bilər

ABŞ prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In arasında görüş İsveçrədə baş tuta bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Amerikanın NBC telekanalı yayıb.

Mənbənin məlumatına görə, hər iki ölkənin rəhbərliyi sammitin dəqiq harada keçirilməsi haqqında yekun qərar verməsələr də, müzakirə olunan variantlar sırasında təhlükəsizlik baxımından imtina olunan şəhərlər Çin , Pxenyan, və Ulan Bator olub. Verilən məlumata görə, Amerika tərəfi görüşün neytral yerdə keçirilməsinin tərəfdarıdır. İsveçrə Avropada təklif olunan əsas yer kimi göstərilir.

Qeyd edək ki, bundan əvvəl də Bloomberg İsveçrəni Trampla Kim Çen İn-in görüş yeri kimi mümkünlüyünü açıqlamışdı. Bildirilmişdi ki, İsveçrə hər iki ölkənin maraqlarını müdafiə edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə