Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi Vladivostokda qar yağması nəticəsində ötən gün 250-dən çox qəzanın baş verdiyini açıqlayıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, gün ərzində idarəyə qəza ilə bağlı daxil olan 256 zəngdə ölüm halı qeydə alınmayıb: "Təkcə Primorski ərazisində 177 qəza qeydə alınıb, 8 halda xəsarət alanlar olub, lakin ölüm olmayıb.

Daxili İşlər Nazirliyi sürücülərə qarlı havada avtomobildən çox istifadə etməməyi məsləhət görür.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Vladivostoka 6 millimetr qar yağıb. Hava şəraitinə görə ərazidə 10 ballıq tıxac yaşanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə