Turistləri daşıyan avtobus qəzaya uğrayıb

Türkiyənin Antalya vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Antalya-Kemer magistral yolunda baş verib. Belek qəsəbəsi isitqamətində hərəkət edən avtobus tuneldən çıxarkən aşıb.

Hadisə zamanı nəqliyyat vasitəsində 26 sərnişin olub, onlardan ən azı altısı xəsarət alıb. Xəsarət alanlardan ikisi uşaqdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə