Putin 90 yaşlı hüquq müdafiəçisinin evinə gedib

Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Helsink Müşahidə Qrupunun sədri Lyüdmila Alekseyevanı 90 yaşının tamam olması münasibətilə şəxsən təbrik edib. Axar.az xəbər verir ki, insan hüquqlarının müdafiəçisinin qədim Arbattakı evinə gedən Putin ona bir buket çiçək və Alekseyavanın doğulduğu Krıma bağlı Yevpatoriya şəhərinin maketini hədiyyə edib.

Putin Alekseyevaya insanlar üçün gördüyü işlərə görə təşəkkür edib. O, Putinin evinə gəlişinin onun üçün sürpriz olduğunu bildirərək təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə