“Borussiya” bu reklama görə ildə 30 milyon avro qazanacaq

“Borussiya” (Dortmund) “Puma” şirkəti ilə olan əməkdaşlıq müqaviləsinin müddətini artırıb. Almaniya klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, “Puma” ilə olan müqavilənin müddəti 2028-ci ilə qədər uzadılıb. Dortmund təmsilçisi bu əməkdaşlıqdan ildə 30 milyon avrodan çox qazanacaq. Ümumilikdə isə 8 il üçün 250 milyonluq qazanc nəzərdə tutulub.

Qeyd edək ki, “Borussiya” ilə “Puma” arasında olan əvvəlki müqavilənin müddəti 2022-ci ilə qədər idi.

Bütün xəbərlər Facebook səhifəmizdə