Bir xal toplayan futbol üzrə milli komandamız 24 ildən sonra tsikli eyni nəticə ilə başa vurub

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsini başa vurub.

SİA xəbər verir ki, yığma 8 oyunda cəmi 1 xal toplayıb.

Bu, komandanın tarixində antirekordun təkrarıdır. AVRO-1996-dan başlayaraq beynəlxalq arenada çıxış edən yığma yalnız bir dəfə belə zəif çıxış edib.

İlk cəhddə - AVRO-1996-nın seçmə mərhələsində 1 xal toplayan milli 24 ildən sonra tsikli eyni nəticə ilə başa vurub.

Düzdür, həmin vaxt yığma indiki kimi 8 deyil, 10 görüş keçirib. Amma nəzərə alaq ki, onda komanda ev oyunlarını Azərbaycandan kənarda – Trabzonda keçirirdi.

Bu iki tsikl kimi DÇ-2006-da da qələbəyə həsrət qalan yığma tarixində 3-cü dəfə seçmə mərhələni qalib gəlmədən bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə