Taekvondo üzrə dan imtahanı keçirilib

Azərbaycan Taekvondo Federasiyasının idman zalında dan imtahanı keçirilmişdir. SİA-nın məlumatına görə, Bakı şəhəri, eləcə də bölgələrdə fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 97 məşqçi-müəllim və idmançının iştirak etdiyi imtahan texniki direktor Oh Kvanq Çeol, Azərbaycan Taekvondo Federasiyasının Pumse uzrə komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi ilə baş tutumuşdur.

İştrakçılardan 85 nəfər 1-ci dan, 7 nəfər 2-ci dan, 3 nəfər 3-cü dan, 1 nəfər isə 4-cü dan, 1-nəfər isə 5-ci dan uğrunda imatahan vermişdir. Sınağı müvəfəqiyytlə başa vuran iştirakçılara dan sertifikat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...