"Valensiya" İspaniya kubokunun qalibidir

İspaniya kubokunda 2018/2019 mövsümünün final oyunu keçirilib.

SİA-nın məlumatına görə, Sevilyadakı "Estadio Benito Vilyamarin" stadionunda "Barselona" ilə "Valensiya" həlledici matça çıxıblar. Kataloniya klubu bu görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

“Valensiya”nın qollarına 21-ci dəqiqədə Qameyro, 33-cü dəqiqədə isə Rodriqo imza atıblar. “Barselona”nın yeganə qolunu isə 73-cü dəqiqədə Messi vurub.

Beləliklə, "Barselona" ardıcıl 4 ildir qazandığı kuboka bu dəfə sahib ola bilməyib. "Valensiya" isə tarixində 8-ci dəfə kubokun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə