"Bayer" Kərəm Dəmirbayı transfer edib

"Hoffenhaym"da çıxış edən Almaniya millisinin üzvü Kərəm Dəmirbay klubunu dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyə əsilli futbolçu "Bayer"ə transfer olub. 25 yaşlı yarımmüdafiəçi leverkuzenlilərə 28 milyon avroya başa gəlib. Onunla 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. Kərəm "Bayer"in ən bahalı transferi olub.

"Hoffenhaym" Dəmirbayı 2016-cı ildən "Hamburq"dan 1,7 milyon avroya transfer edib. O, bu mövsüm 30 oyuna 4 qol vurub, 10 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə