Aaron Remzi karyerasını "Yuventus"da davam etdirəcək

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzi karyerasını "Yuventus"da davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uelsli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Remzi yayda Turin klubuna qoşulacaq. Klub saytının yaydığı məlumata əsasən, futbolçuya 3,7 milyon avro imza pulu ödənilib.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2008-ci ildə "Kardiff Siti"dən "Arsenal"a keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...