UEFA-nın ayırdığı vəsait “Zirə” və “Qəbələ” klublarına köçürülüb

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Zirə” və “Qəbələ” klublarına ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. SİA-nın AFFA-ya istinadən verdiyi məlumata görə, “Zirə” PFK-nın hesabına 25.010 avro, “Qəbələ” İK-nın hesabına 26.140 avro köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə