“Barselona” Messinin əvəzinə kimi transfer etmək istəyir?

“Barselona” Messinin əvəzləyicisini tapmaq üçün artıq hərəkətə keçməyə başlayıb. SİA-nın məlumatına görə, Messinin yaşlı olması Kataloniya klubunun rəhbərliyini yeni oyunçu axtarmağa vadar edir.

Klub Dembele və Malkom transferinin çox effekt vermədiyini görərək “Yuventus”dan Paolo Dibalanı transfer etməyə çalışacaq. “Barselona” argentinalı futbolçu üçün 250 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, bu transfer gerçəkləşərsə, Dibala futbol tarixinin ən bahalı oyunçusu olacaq. Hazırda rekord göstərici Neymara məxsusdur. Braziliyalı superulduz 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə