“Qəbələ” hazırlığa start verib

“Qəbələ” Topaz Premyer Liqasının 9-cu turunun hazırlığına start verib. SİA-nın məlumatına görə, 8-ci turun oktyabrın 20-də “Neftçi”yə qarşı Qəbələ şəhər stadionunda keçirilən oyunundan (3:1) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib.

Paytaxtda toplaşan komanda “Sumqayıt”la görüşün hazırlığına başlayıb. “Qəbələ”nin dünənki məşq prosesi “Bakı”nın təlim-məşq bazasında keçirilib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, “Dalğa Arena”da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı oktyabrın 27-i, saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə