Mixael Şumaxerin oğlu “Formula-3”-ün çempionu olub

Əfsanəvi pilot, "Formula-1"-in yeddiqat çempionu Mixael Şumaxerin oğlu Mik vaxtından əvvəl Avropa "Formula-3" yarışlarının çempionu titulunu qazanıb. SİA-nın məlumatına görə, 19 yaşlı Mik Şumaxer yarışların Hokkenhaym mərhələsinin ikinci yürüşünü ikinci yerdə başa vuraraq ən yaxın izləyicisi Den Tiktuma üçün əlçatmaz olub. Bu mövsümdə o, "Formula-3"-də səkkiz yürüşü udub. Mik bir il əvvəl özünün debüt mövsümündə çempionatın yekunlarına əsasən 12-ci yeri tutmuşdu. Onun atası 2013-cü ildə xizək sürərkən başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir. Mixael Şumaxerin yaxınları müalicənin təfərrüatları barədə məlumat vermirlər. Miki dəstəkləmək üçün Hokkenhayma onun anası gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə