"Bavariya"nın futbolçusu Tomas Müller üçün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Benfika" ilə qarşılaşma əlamətdar olub. UEFA-nın saytında yer alan xəbərə görə, bu görüşlə 35 yaşlı hücumçu ÇL-də 100-cü matçına çıxıb. O,88-ci dəqiqədə meydana daxil olub. Qeyd edək ki, ÇL-də ən çox oyun keçirən oyunçu "Portu"nun qapıçısı İker Kasilyasdır (168).

Bütün xəbərlər Facebook səhifəmizdə