Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək

Avqustun 19-da Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə növbəti pulsuz ustad dərsləri keçiriləcək. İştirakçılar burada keçirilən açıq məşğələlər zamanı öyrəndikləri bütün elementləri bir yerə toplayaraq yerinə yetirəcəklər.

SİA-nın məlumatına görə, Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər ki, ölkə yığmasının baş məşqçiləri Elxan Əhmədov, Sudef Quliyev və digərləri tərəfindən aparılacaq ustad dərslərində yaşı 10-dan yuxarı hər kəs iştirak edə bilər. Zəruri qılıncoynatma təchizatı (gödəkçə, maska, əlcək, şpaqa və ya qılınc) yerində veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə