“Sabah” “Osmanlıspor”la qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” futbol klubu bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. SİA-nın məlumatına görə, “Sabah”ın rəqibi Türkiyənin “Osmanlıspor” komandası olacaq. “Bolu Termal Otel”in meydançasında keçiriləcək oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.

Qeyd edək ki, “Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi ilk oyunda yerli “Girəsunspor”la 1:1 hesablı heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə