Serxio Ramos: "Artıq səhifəni dəyişməliyik"

"Özümü dünya çempionatında deyil, dəfndə hiss edirəm. Artıq səhifəni dəyişməliyik. Bu söz-söhbətlər mənə də xoş deyil”. Bu sözləri İspaniya millisinin kapitanı Serxio Ramos “Mirror”a açıqlamasında deyib.
Təcrübəli müdafiəçi mundialın startına bir gün qalmış millidəki baş məşqçi dəyişikliyinə münasibət bildirib: “Julen Lopeteqi bizim üçün önəmli məşqçi idi, amma əsas İspaniyadır, gerbimizdir. İndiki vaxtda Yerrodan yaxşı variant olmazdı”.

İspaniya millisi mundialın iilk oyununda bu gün Portuqaliya ilə qarşılaşacaq. Ramos "Real"da komanda yoldaşı olan Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo barədə danışıb: "Ronaldo ilə eyni komandada olmağı seçərəm, rəqib olmağı isə yox. O, həqiqətən də güclü futbolçudur".

Bütün xəbərlər Facebook səhifəmizdə