“DÇ ərəfəsində əcnəbilərlə intim münasibətdə olmayın” - Rus qadınlara xəbərdarlıq

Rusiyanın Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Tamara Pletnava futbol üzrə dünya çempionatı ərəfəsində rus qadınlarına əcnəbilərlə intim münasibətdə olmamağı tövsiyə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 70 yaşlı komitə sədri “Danışır Moskva” adlı radio proqramına açıqlamasında 1980-cı il Olimpiadasından sonra ölkəsində subay rus analarının sayının çoxaldığını bildirib: “Onların uşaqlar Sovetlər dövründə çox əziyyət çəkdilər. Mən uşaqların atasız qalıb, əziyyət çəkməsini istəmirəm”.

O, başqa ölkədən olan vətəndaşlarla ailə qurmağın tərəfdarı olmadığını, belə evililiklərin gələcəkdə ayrılıqla nəticələndiyini və bunun da uşaqlara pis təsir etdiyini deyib: “Əcnəbilər gənc rus qadınları ilə tanış olur, daha sonra onları uşaqları ilə birlikdə qoyub gedirlər. Hətta onlar evlənsələr belə, bir müddət sonra rus qadınları uşaqları ilə birlikdə ağlayaraq geri qayıdırlar”.

Millətçi olmadığını deyən komitə rəhbəri rusların öz vətəndaşları ilə ailə qurmalarını düzgün hesab etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə