PSJ-nin futbolçusu cəzalandırılıb

Fransa Futbol Federasiyasının İntizam Komitəsi PSJ-nin futbolçusu Tiaqo Mottanı cəzalandırıb. SİA-nın məlumatına görə, buna onun ölkə çempionatının 31-ci turunda "Anje"ilə matçda rəqib futbolçu Tom Romenə qarşı kobud oyunu səbəb olub. Bu hərəkətinə görə qırmızı vərəqə alan 35 yaşlı yarımmüdafiəçi 3 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, PSJ - "Anje" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə