Bakı Karate-do Akademiyasının daha bir uğuru

Bakı Karate-do Akademiyasının prezidenti, Karate üzrə 3-cü Dan qara kəmər sahibi, 2 qat Dünya çempionu Vüsal Abdullazadənin rəhbərliyi altında təlim keçən yeniyetmə və gənc idmançılarımız Azərbaycan çempionu adını qazanıb. Bakı Karate-do Akademiyasının rəhbəri V.Abdullazadənin SİA-ya verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində Şağan Olimpiya İdman Kompleksində Alpaqut üzrə keçirilən IV Azərbaycan çempionatında Bakı Karate-do Akademiyasının idmançıları ayrı-ayrı sistemlər üzrə Respublika çempionu olublar: Hacızadə Aytac - 20 kq, 6-7 yaş; Təhməzli Ali - 25 kq, 8-9 yaş; ( 2-ci dəfə) Hüseynli Nihat - 30 kq, 8-9 yaş Rüstəmov Səid - 35 kq, 10-11 yaş; (2-ci dəfə) Qurbanlı Səid - 40 kq, 10-11 yaş; Gümüş medallar: Maxsudlu Rza, İbayev İbrahim, Nağızadə Ziyəddin, Əsgərzadə Adil, Əliyev Kənan, Soltanov Emil, Əlizadə İlkin. Bürünc medallar: Məhərrəmov Cəlal, Adışov Sadiq. Həmçinin, Akademiyanın idmançıları 11 mart 2018-ci il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Kempo Federasiyasının keçirdiyi VIII Respublika çempionatında fərqləniblər. Belə ki, onlardan Babaşlı Məhəmməd, Aslanov Nurlan, Topçuyev Elmir qızıl medal, İbayev İbrahim, Hacıyev Əsgər, Mütəllimov Əkbər, Əsgərzadə Adil gümüş medal, Quliyev Tofiq, Quliyev Ayxan, Hüseynov Asim və Səmədli Fərid çempionatı bürünc medal qazanmaqla başa vurublar.

Qeyd edək ki, bir il yarımdır fəaliyyət göstərən Bakı Karate-do Akademiyasının güclü idmançılar yetişdirməklə yanaşı, idmançılarımızın təhsilli və nizam-intizamlı, vətənpərvər ruhda böyüməsində rolu böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə