Felipe Luis: "Nəticə çıxarmalıyıq" AÇIQLAMA

"Bu qədər anlaşılmazlıq ola bilməz. Məşqdə etdiklərimizi meydanda göstərə bilmirik". SİA-nın məlumatına görə, bu sözləri "Atletiko"nun futbolçusu Felipe Luis Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib.

Braziliyalı müdafiəçisi İspaniya mətbuata açıqlamasında qolsuz heç-heçənin onlar üçün çox pis nəticə olduğunu bildirib: "Bizim qarşımıza qoyduğumuz hədəflərimiz var. Amma həmişə "Qarabağ"a qarşı oynadığımız kimi oynasaq, heç nə edə bilmərik. Bakıdan 1 xalla ayrılmaq bizim üçün çox pis nəticədir. Bu oyunu analiz etmək üçün vaxtımız da çox azdır. Niyə belə zəif çıxış etməyimizin səbəbini axtarmalı və nəticə çıxarmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə