Rauf Əliyevin komandası məğlub olub

Albaniya kubokunda yeni mövsümə start verilib. SİA-nın məlumatına görə, azərbaycanlı futbolçu Rauf Əliyevin çıxış etdiyi “Kukesi” ilk oyununu keçirib. Komanda səfərdə “Eqnatiya Roqojine” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Rauf matça start heyətdə başlayıb və 90 dəqiqə oynayıb.

loading...